Televizor önündə yemək “fast food”dan daha çox kökəldir - Yeni araşdırma

Televizor önündə yemək “fast food”dan daha çox kökəldir   - Yeni araşdırma

Alimlər insan orqanizminə zərər verən faktorları araşdırmaq üçün növbəti təcrübə proqramı keçiriblər. Təcrübə nəticəsində məlum olub ki, televizor önündə qida qəbul etmək “fast food” yeməkdən daha zərərlidir. 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün alimlər könüllülərə 3 il yarım nəzarət ediblər. Nəticədə məlum olub ki, insan öncədən nə qədər yemək istədiyini bilirsə, restoranlarda yeyilən “fast food” çəkiyə önəmli zərər vurmur. Alimlər hesab edirlər ki, hətta “fast food”lar və konservlər içərisindən də daha sağlam qidalar seçmək olar. Lakin əgər insan qeyri-sağlam qida seçsə belə normadan artıq yeməyi önləmək olar. 

Araşdırma zamanı könüllülərdən üçdə birinin çəkisi təxminən 3 kiloqram artıb. Məlum olub ki, bu insanlar həftədə ən azı 2 dəfə televizor önündə yemək yeyiblər. Alimlər hesab edirlər ki, bütün diqqət ekranda baş verənlərə yönələndə insan normadan artıq yediyinin fərqinə belə varmır.

Dietoloqlar konserv və “fast food”ların hətta çəkini artırmasa belə insan orqanizminə zərərli olduğunu vurğulayıblar. Belə ki, bu kimi məhsullar yüksək miqdarda duz ehtiva etdikləri üçün qan təzyiqinin artmasına təsir edirlər.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR