Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
İclasda “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb.
“Reklam haqqında” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 13.2-ci madəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə “ANS” televiziyasının efirində 01.10.2015-ci il tarixdə saat 16:20-19:00 arası yayımlanan “Sən tək deyilsən” verilişində sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Sən tək deyilsən” verilişinin 02.10.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 04 oktyabr 2015-ci il tarixdə saat 21:30-24:00 arası yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Salam Azərbaycan” verilişinin 01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Salam Azərbaycan” verilişinin 02.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Salam Azərbaycan” verilişinin 03.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, 05.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Şokolad” verilişinin 18.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, “Şokolad” verilişinin 21.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 (alti min) AZN, ümumilikdə 54 000 (əlli dörd min) AZN məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda “ANS” televiziyasının efirində yayımlanan “Salam Azərbaycan” proqramında şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, “ANS” televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilib. Eyni zamanda yayımı dayandırılmış “Salam Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması barədə qərar qəbul edilib.\trend