Tanınmış telejurnalist Mais Ağayevə vəzifə verilib.
Aktual.az xəbər verir ki, M.Ağayev Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti rəhbərinin müavini təyin edilib. Jurnalist xəbəri Aktual.az-a təsdiqləyib.
Xatırladaq ki, Mais Ağayev İctimai Televiziyada böyük redaktor vəzifəsində çalışırdı. "Carçı region"un aparıcısı idi. O, ötən həftə yeni təyinatı ilə əlaqədar 10 il çalışdığı İctimai Televiziyadan ayrılıb.
Aktual.az