"15-16 sentyabr tarixlərində tələbələrimizi Xankəndi şəhərinə aparmağı, onları universitetimizlə tanış etməyi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük".
Aktual.az xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib.
Ş.Bayramov qeyd edib ki, bütün universitet heyəti tələbələrə bu prosesin daha rahat keçməsi üçün lazımi dəstəyi göstərəcək.
Xəbər 289 dəfə oxunub.