Tələbə qız ev sahibəsini sevgilisinə görə öldürübmüş

Tələbə qız ev sahibəsini sevgilisinə görə öldürübmüş

Noyabrın 24-də Sumqayıt şəhərində baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon, ev 69, mənzil 29 ünvanında baş verib.

Məlumata görə, qətl hadisəsini törədən 21 yaşlı Şərqiyyə Mehdi qızı Ramazanova kirayədə yaşayan ev sahibəsini aralarında yaranmış münaqişə nəticəsində qətlə yetirib. O, ev sahibəsini xüsusi amansızlıqla öldürüb.

Ş.Ramazanova əvvəlcə qadına boğaz nayihəsindən bıçaq zərbəsi endirdikdən sonra onun qulağının birini kəsib. Daha sonra ona bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. Qadının tam öldüyünə əmin olandan sonra polisə zəng edərək mənzildə qətl hadisəsi baş verdiyini deyib və hadisə yerindən qaçıb.

Məlumata görə, Ş.Ramazanovanın ev sahibəsini qətlə yetirməsinə səbəb qızın sevgilisindən ayrılması olub. Ev sahibəsi qızın sevgilisini bir neçə dəfə həmin binanın qarşısından qovması sevgililərin ayrılmasına səbəb olub.

Bundan qəzəblənən Ş.Ramazanova ev sahibəsi S.Nəcəfovadan qisas almaq üçün onu qətlə yetirib. Qətl hadisəsini törədən Ş.Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Xatıqladaq ki, hadisə barədə Daxili işlər Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə 9-cu mikrorayonda baş verib. S.Nəcəfovanın mənzilində kirayəşini, Oğuz rayon sakini Ş.Ramazanova münaqişə zəminində ona bıçaqla xəsarətlər yetirib. S.Nəcəfova hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Ramazanova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 737 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR