Tələbə kolleci partlatmaq istədi

Tələbə kolleci partlatmaq istədi
  • DÜNYA

ABŞ-ın İndiana ştatında polis kolleci partlatmaq istəyində şübhəli bilinən tələbəni həbs edib.


Aktual.az Milli.Az-a istinadən bildirir ki, 18 yaşlı Conatan Duli məqsədini gerçəkləşdirmək üçün əldəqayırma partladıcı qurğudan istifadə etmək niyyətində olub.
Kollecin psixoloqu Dulinin davranışındakı aqressiya barədə polisə məlumat verəndən sonra əməliyyat keçirilib.
Dulinin yaşadığı evdə partladıcı qurğunun hazırlanması üçün materiallar aşkarlanıb. İstintaq zamanı o bildirib ki, tüfəng də almağa hazırlaşırmış: "Kollecdə məni təcavüzdə suçlayıb qovdular. Mən də qisas almaq istəyirdim".

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR