Təkrar zəlzələ olacaq?

Təkrar zəlzələ olacaq?

İmişlidə və zəlzələnin hiss olunduğu ətraf rayonlarda əhalinin təkrar zəlzələnin baş verə biləcəyi ilə bağlı narahatlığına əsas yoxdur.

Aktual.az  bildirir ki, bu barədə Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, həmin ərazilər elə zonalardır ki, orada afterşokların da olması gözlənilmir, çünki həmin ərazi çox seyismik zona deyil.

Qeyd edək ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb.

Zəlzələ yaxin ərazilərdə, o cümlədən Mingəçevir, Gəncə və Goranboyda 5 bala kimi hiss olunub.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR