Təkrar seçkilər canlı izlənəcək

Təkrar seçkilər canlı izlənəcək

90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu dairə üzrə məntəqələrin 25 faizində veb-kameralar quraşdırılacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsi var, bu məntəqələrdən 10-da veb-kameralar quraşdırılacaq.

MSK sədri əlavə edib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb:

“Namizədliyi qeydə alınanlardan ikisi siyasi partiyaların namizədi (Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov, Ümid Partiyasının namizədi İqbal Ağazadə), 5-i isə fərdi qaydada namizədliyi irəli sürülmüş şəxsdir”.

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR