“Təkcə Allah bilir Türkiyə bu addımı niyə atıb” -Putin

“Təkcə Allah bilir Türkiyə bu addımı niyə atıb”  -Putin
  • DÜNYA

“Rusiya Türkiyə ilə regional təhlükəsizliyə dair ən həssas məsələlərdə əməkdaşlıq etməyə hazır idi”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

Putin Türkiyə rəhbərliyini terrorçulara dəstək verməkdə günahlandırıb: “Bununla belə Türkiyə xalqı bizə dost xalqdır. Mən hələ də anlaya bilmirəm ki, nəyə görə Türkiyə bu addımı atıb. Təkcə Allah bilir Türkiyə bunu niyə edib. Biz bilirik ki, Türkiyədə kim öz ciblərini doldurur, terrorçulara pul qazanmağa kömək edir. Bununla belə Türkiyə xalqı mehriban, əməksevər və istedadlı xalqdır. Bizim Türkiyədə çoxlu köhnə dostlarımız var. Qeyd etmək istəyirəm ki, biz onlarla Türkiyə iqtidarını eyniləşdirmirik. Türkiyə iqtidarı Suriyada hərbçilərimizin ölümünə görə birbaşa məsuliyyət daşıyır”.

Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR