Təhsilini yarımçıq qoyanlarla bağlı - Dəyişiklik

Təhsilini yarımçıq qoyanlarla bağlı   - Dəyişiklik

Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən hazırda arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

Yeni dəyişikliyə görə, arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına onların müraciəti əsasında təmin olunur.

Arayış blankları Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və ya AMEA-da ciddi hesabat sənədi kimi saxlanılacaq.//modern.az

Xəbər 676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR