Təhsil Nazirliyi lisenziyaların qiymətini açıqladı

Təhsil Nazirliyi lisenziyaların qiymətini açıqladı

Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilən qurumların adları açıqlanıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə hazırda Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərinə, ilk peşə məktəblərinə, ilk peşə liseylərinə, orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrinə, orta dini və ali dini təhsil müəssisələrinə lisenziya verilir.

Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir: “Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir”.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nin 17-ci hissəsinə əsasən xüsusi razılıq (lisenziya) verilməsinə görə:

Məktəbəqədər təhsil müəssisələri - 2500 manat,
Ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsili müəssisələri - 4000 manat,
İlk peşə-ixtisas təhsilini həyata keçirən ayrı-ayrı təşkilatlar, müəssisələr,
əmək birjaları, məşğulluq idarələri və digər qurumlar - 3000 manat,
Ali təhsil müəssisələri - 5500 manat,
Əlavə təhsili həyata keçirən ixtisasartırma və yenidənhazırlanma qurumları və digər müəssisələr - 3000 manat,
Dini orta ixtisas təhsili müəssisələri - 4000 manat,
Ali dini təhsil müəssisələri - 5500 manat məbləğində dövlət rüsumu ödəyir.

Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR