Təhsil Nazirliyi ləğv edilmiş fənlər məsələsinə aydınlıq gətirdi

Təhsil Nazirliyi ləğv edilmiş fənlər məsələsinə aydınlıq gətirdi

"Tam orta təhsil pilləsində təmayülləşmənin tətbiqi ilə əlaqədar yuxarı siniflərdə ləğv edilmiş fənlərin müəllimlərinin dərs yükü ilə təminatında hər hansı problem yaranarsa, həmin müəllimin dərs saatı digər siniflərdə dərs deməklə kompensasiya ediləcək".

Bunu Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov təmayüllü siniflərdə ləğv edilmiş fənlərin müəllimlərinin dərs yükü ilə təminatına hansı formada təsir etdiyini açıqlayarkən deyib.

Nazir müavini qeyd edib ki, bu il həmin müəllimlərin dərs yükü ilə təmninatında hər hansı problem yaranmadı.

C.Bayramovun sözlərinə görə, məsələ ilə bağlı hər bir hal TN tərəfindən araşdırılır və öz həllini tapır.

Nazir müavini bildirib ki, TN belə məsələlərin hesablanmasının zəruriliyini nəzərə aldığından bu layihəni pilot şəklində icra edir: “Nəzərə alsaq ki, təmayülləşmə yalnız son iki sinfi əhatə edir. Bu, bu il 10-cu sinifdə başlamaq şərti ilə, gələn il artıq 10-11-ci siniflərdə də olacaq. Biz bununla bağlı ciddi problemlər görmürük. Hər hansı müəllimin belə problemi yaranarsa, onun dərs saatı digər siniflərdə dərs deməklə kompensasiya ediləcək. Əgər hansısa istiqamətli təmayüllü siniflərdə müəyyən fənn saatlarının sayı azalırsa, digər istiqamətli təmayüllü siniflərdə dərs saatları artır və belə olduqda bunlar bir-birini kompensasiya edir”.

C.Bayramov əlavə edib ki, digər tərəfdən, təmayülləşmənin tətbiq olunduğu məktəblərdə bütün siniflər təmayüllü siniflər olmamalıdır: “Burada adi siniflər də qala bilər. Bu, ilk növbədə şagirdlərin, onların valideynlərinin seçiminə uyğun həyata keçirilir”.

Xatırladaq ki, tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihənin tətbiqinə bir necə il əvvəl Bakı şəhərindəki 5 məktəbdən başlanılıb. 2015-2016-cı dərs ilindən isə ölkənin daha 50 məktəbində tədris təmayüllər üzrə təşkil olunmağa başlayıb. Hazırda ölkənin 55 ümumi məktəbində 3472 şagird təmayül siniflərində təhsil alır. Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, təbiət və humanitar fənnlər üzrə bölünüb. Ən çox şagird riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdədir.

Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Dərs ili başlamamışdan əvvəl TN ləğv olunmuş fənlərin müəllimlərinin dərs yükü ilə təmnatında problemləmlərin olmaması üçün yerli təhsili idarəetmə orqanlarına tapşıqlar vermişdi.\trend\

Aktual.Az

Xəbər 956 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR