Azərbaycanda bu ilin sonuna kimi ödənişli ixtisaslarla təhsil alan vətəndaşlar üçün dövlət tərəfindən təhsil kreditlərinin tətbiq olunması məsələsinin həlli gözlənilir.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, bu məsələ ya "Təhsil haqqında" qanuna əlavələr formasında, yaxud da təhsil kreditləri ilə bağlı ayrıca qanun şəklində gerçəkləşəcək:
"Bu gün təhsil kreditlərinin tətbiqi üçün zəruri ehtiyac var və bunun üçün Maliyyə Nazirliyi tərəfindən müəyyən işlər də görülüb. Ona görə də biz bu işi gecikdirməməyi düşünürük".