Tehranın yeni qərarı - Neftin qiymətini qaldırdı

Tehranın yeni qərarı   - Neftin qiymətini qaldırdı

İranın neft hasilatını dondurmaq planına qoşulmağa hazır olduğunu bildirməsi dünya bazarında neftin qiymətini qaldırıb.

Bu gün dünya birjalarında Brent neftinin 1 barrelinin qiyməti 1,8 dollar bahalaşaraq 46 dollara qədər qalxıb. 

Neftin qiymətinin qaldıran bəyanatı mayın 7-də İran Milli Neft Şirkətinin nümayəndəsi səsləndirib. 


8 may 2016-cı ildə London birjasında Brent neftinin qiyməti (dollar/barrel)

Rusiyanın “Exo Moskvı” radiosunun yaydığına görə, artıq İslam Respublikası neft hasilatını dondurmaq üzrə OPEK ölkələri tərəfindən edilən çağırışlara hazırdır. Amma bununla belə, İran Milli Neft Şirkətinin nümayəndəsi son qərarın hökumət tərəfindən veriləcəyini bildirib.

Analitiklər bu qərarı ölkənin artıq lazım olan səviyyədə, yəni gündə 4 milyon barrel neft hasilatı səviyyəsinə qalxması ilə izah edirlər. Tehran hasilatı dondurmaq barədə qərarı məhz bu səviyyəyə qalxdıqdan sonra verəcəyini bildirmişdi. Buna görə də İran aparıcı neft hasilatçısı ölkələrin aprelin 17-də Dohada keçirilmiş hasilat səviyyəsinin dondurulması ilə bağlı keçirdiyi konfransa qatılmamışdı. Nəticədə konfransda yekun qərar əldə edilməmişdi.//Anspress.com 


Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR