Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə hepatit B və hepatit C virusunun pulsuz müayinəsinə başlanılacaq.
Aktual.az bildirir ki, bu barədə virtualaz.org -a nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, hepatit B və hepatit C virusu yayılıb. "Artıq bütün dünyada bu virusa yoluxanların sayı sürətlə artır. Xəstəliyin müalicəsində erkən aşkarlanma böyük əhəmiyyət kəsb edir", - deyə nazirlikdən qeyd ediblər.
Respublika Müalicəvi Diaqnostika Mərkəzində keçirilən pulsuz müayinələrdən hər kəs yararlana bilər.
Qeyd edək ki, hepatit qaraciyərin iltihabı olub, ciddi virus xəstəliyidir.
Aksiya 1 ay davam edəcək.