"Yarış yaxşı keçdi. Qızıl medal qazanmaq istəyirdim. Təəssüflər olsun ki, gümüşlə kifayətlənməli oldum". "Report"un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında sambo yarışlarında Azərbaycana ilk medalı qazandıran Nəzakət Xəlilova deyib.
Qadınların mübarizəsində 52 kiloqram çəki dərəcəsində gümüş medal qazanan idmançı bildirib ki, final görüşü çox çətin keçib: "Finalda qarşılaşdığım rəqib çox güclü idmançı idi. O, iki dəfə dünya çempionu olub. Qarşıdakı yarışlarda revanşı almağa çalışacam".
N.Xəlilova qazandığı medalı valideynlərinə və şəxsi məşqçisinə həsr etdiyini söyləyib.
Aktual.az