Simferopolda naməlum silahlı şəxs təcili yardım stansiyasına daxil olaraq tibbi heyəti gülləbaran edib. Onun 12 mm kalibrli ov tüfəngindən atəş açdığı bildirilir.
Virtualaz.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, hücum nəticəsində tibb bacısı aldığı güllə yaralarından hadisə yerində keçinib, daha iki feldşer isə xəstəxanada keçinib.
İnsident nəticəsində 7 nəfər yaralanıb.
Hücum edənin şəxsiyyəti artıq müəyyən edilib. Onun saxlanılması istiqamətində əməliyyat keçirilir.
// Aktual.az