Hər zaman əhalinin sağlamlığını düşünən və bu istiqamətdə mütəmadi kampaniyalar keçirən Respublika Diaqnostika Mərkəzi (RDM) Ümumdünya İlk Tibbi Yardım Günü ilə əlaqədar təcili tibbi yardım çağırışlarına 50 faiz endirim elan edir.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə RDM-dən məlumat verilib. Mərkəzdə ən müxtəlif vəziyyətlərdə xəstələrin xilas edilməsi üzrə təcrübəli və yüksək ixtisaslı həkim-reanimatoloqlar çalışırlar. Tibbi heyət təcili tibbi yardımda və intensiv yardımda böyük təcrübəyə malikdir. Ambulans çağırışını alan kimi təcili yardım briqadası (həkim, tibb bacısı, porter və sürücü) dərhal üç dəqiqə ərzində klinikanı tərk edir. Briqada Bakıda və ya Azərbaycanın istənilən rayonunda peşəkar təcili tibbi yardım göstərməyə hazırdır.
Qeyd edək ki, hər il sentyabrın ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur. Bu gündə diqqət təxirəsalınmaz tibbi yardımın insan həyatı və sağlamlığı üçün əhəmiyyətinə yönəldilir.