Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyunda Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.
"Bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.
Görüşün yeni tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - XİN sözçüsü sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı hələ açıqlama yaymayıb.
Xəbər 279 dəfə oxunub.