Təbrizdə 750 illik tarixi abidə dağıdıldı

Təbrizdə 750 illik tarixi abidə dağıdıldı

Təbrizdə islam dünyasının ilk universiteti olan "Rəb-i Rəşidi” kompleksində yerləşən eyni adlı tarixi hamam dağıdılıb.
Aktual.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, tarixi abidə Təbriz Bələdiyyəsi tərəfindən verilən tikinti icazəsi əsasında buldozerlərlə uçurulub.
Mədəni fəalların və yerli əhalinin müraciətlərinə baxmayaraq, Mədəni İrs Nazirliyi və Şərqi Azərbaycan Mədəni İrs Təşkilatı söküntü əməliyyatlarını dayandırmaq üçün heç bir tədbir görməyib.
Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianın tarixi əsərlərlə bağlı keçirilən tədbirdə minlərlə abidə arasında yalnız "Rəb-i Rəşidi" kompleksinin adını çəkmiş, onun bərpası və qorunması barədə göstəriş vermişdi.
Xəbər 51 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR