“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, İB-nin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair “qüsur aktı” tərtib olunub.
Məlumatda bildirilir ki, tərtib olunmuş müvafiq aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555 466 manat dəyərində hesablanıb.