Təbii möcüzə: balqabaq tumunun faydaları

Təbii möcüzə: balqabaq tumunun faydaları

Balqabaq qədim bostan bitkilərindəndir və ondan hazırlanan təamlar milli mətbəximizin ləziz yeməklərindən hesab olunur. Əsasən, öz buğunda bişirilir, ya da qovrulur. Ondan mürəbbə, marmelad və salatlar da hazırlamaq olur. Balqabağın toxumları da müalicəvi xüsusiyyətə malikdir. Balqabaq yeməyi sevməyənlər onun orqanizmə olan faydalarını, xəstəliklərə güclü müalicəvi təsirini bilsələr, ondan yan keçməyəcəklər.
Publika.az balqabaq tumunu faydalarını təqdim edir:
Tərkibi bir çox vitaminlərlə zəngin olan balqabaq tumu kalsium, sink, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngindir.
İçində sümüklər və iştaha üçün əhəmiyyətli maddə - sink var. Bir stəkan balqabaq tumu gündəlik sink, dəmir və E vitamini ehtiyacımızın hamısını, yarım stəkan balqabaq tumu isə gündəlik maqnezium ehtiyacımızı təmin edir və əzələləri möhkəmləndirir. Tərkibi sinklə zəngin olan balqabaq tumu immun sistemini gücləndirir və virusların orqanizmə daxil olmasının qarşısını alaraq soyuqdəymədən qoruyur. Soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün balqabaq tumunu qatıqla və ya salata qarışdıraraq yemək olar. Tərkibindəki maqnezium infarkt və iflic kimi xəstəliklərin də qarşısını alır.
Balqabaq tumu beyin sağlamlığı üçün çox əhəmiyyətlidir. Bir ovuc balqabaq tumu gündəlik sink ehtiyacını ödəyir, yaddaşı gücləndirir. Omeqa-3 və Omeqa-6 beyin funksiyalarının fəaliyyətinə kömək edir. Zehni inkişafa müsbət təsir edir.
Tərkibində fosfor var. Fosfor sümük inkişafına kömək olur, böyrək funksiyalarını yaxşılaşdırır.
Balqabaq tumunda olan E vitamini yaşlanmanı gecikdirir, dərinin elastikliyini bərpa edir.
İltihablara yaxşı təsir edir.
Qəbizlik problemini aradan qaldırır.
Mədə və ürək bulantısını götürür.
Bağırsaq qurdlarını tökməyə kömək edir. Uzun illərdir ki, parazitləri məhv etmək üçün balqabaq tumundan istifadə edilir.
Balqabaq tumundakı karotenoid və Omeqa-3 yağları prostat xərçəngi riskinin azalmasına kömək edir.
Oynaqların iltihabının müalicəsində müsbət təsir göstərir.
Ürək-damar sağlamlığına yaxşı təsir edir.
Balqabaq tumu həm çərəz kimi, həm də salatlara, çörək növlərinə əlavə edilə bilər. Amma istehlak edərkən çox duzlu, qovrulmuş olmamasına və miqdarına diqqət etmək lazımdır.
Bəzi kişilərdə sonsuzluq və ya hormonal problemlər olduğundan cinsi münasibət qura bilmirlər. Bu reseptlə cinsi zəiflik problemini aradan qaldıra bilərlər.
Lazım olanlar:
1 st bal
1 xörək qaşığı təmizlənmiş çiy balqabaq tumu
1 xörək qaşığı təmizlənmiş çiy günəbaxan tumu
1 xörək qaşığı təmizlənmiş qoz ləpəsi
1 xörək qaşığı təmizlənmiş fındıq ləpəsi
Bir az zəfəran, darçın, qara bibər
Bunlarım hamısı yaxşıca əzilib bala qarışdırılır. Səhər acqarına, axşam yatmazdan əvvəl bir çay qaşığı udulur. Həmin qarışıq, hətta sperma sayını artırır, hissiyyatı gücləndirir və sonsuzluğu aradan qaldırır.
Onu da vurğulamaq lazımdır ki, balqabaq tumundan əldə edilən yağ da faydalı xüsusiyyətlərə malikdir.
 
Aktual.az
Xəbər 1967 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR