"Əgər ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər".
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayevabrifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, istər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var: "Eyni zamanda yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır".
Xəbər 540 dəfə oxunub.