Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbaycanda baş tutacaq.
Aktual.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
O, Macarıstanda da təşkilatın qeyri-rəsmi iclasının keçirələcəyini qeyd edib.
Hakan Fidan həmçinin, Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin üçüncü iclasının da Azərbaycanda keçiriləcəyini əlavə edib.
Xəbər 143 dəfə oxunub.