Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.
Aktual.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.
"TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir”, - bəyanatda qeyd olunub.
Xəbər 278 dəfə oxunub.