Türkiyədə hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında aparılan böyük əməliyyat davam edir.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə Böyük Millət Məclisində də aparılıb. Əməliyyat nəticəsində rəhbər şəxslərdən 30-u tutduğu vəzifədən uzaqlaşdırılıb. İşdən çıxarılan 30 personal arasında baş katibin 3 müavini ilə yanaşı çox sayda dairə sədri də var.
İşdən çıxarılmaların alt pillələrdə də davam edəcəyi öyrənilib.