Tbilisidə SOCAR-a basqın olundu

Tbilisidə SOCAR-a basqın olundu

Gürcüstan DİN iyulun 31-nə keçən gecə Tbilisidə Moskva prospektində (Tbilisi ətrafı) SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmasını təsdiqlədi.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, “Sputnik-Georgia”nın məlumatına görə, naməlum şəxs soyuq silahla hədə-qorxu gələrək, mağazadan 800-900 arası lari (350-390 dollar) çıxarıb.

“Hadisə gecə baş verib. Təfərrüatlar dəqiqləşdirilmir”, - DİN mətbuat xidmətinin əməkdaşı jurnalistlərə bildirib.

İstintaq “qarət” maddəsi üzrə aparılır, bu maddəyə görə beş ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. 

 
Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR