Tbilisidə kanat yolu bağlanır

Tbilisidə kanat yolu bağlanır
  • DÜNYA

Rike parkı ilə Nariqala qalasını birləşdirən kanat yolu sentyabrın 10-dan 20-nə kimi fəaliyyətini dayandıracaq. 

Aktual.az xəbər verir ki, Tbilisinin meriyasından bunun yoxlama ilə əlaqədar olduğu bildirilib.

Kanat yolu 2012-ci ildə açılıb və tez bir zamanda Gürcüstan sakinlərinin və qonaqlarının sevimli marşrutuna çevrilib. Nariqala qalasına qalxaraq Tbilisiyə açılan gözəl mənzərəyə tamaşa etmək olar. Gün ərzində kanat yolu 2,5 min sərnişinə xidmət göstərir.

“Kanat yolunda sərnişinlərin təhlükəsiz hərəkəti üçün sistematik olaraq texniki baxış keçirilir”, sentyabrın 9-da meriyada qeyd ediblər.

Meriyada vurğulayıblar ki, kanat yolu Tbilisidə beynəlxalq standartlara riayət edərək quraşdırılıb və sistematik yoxlamalar təhlükəsizlik normalarına riayət etmənin əsas şərtlərindəndir.

Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR