Tbilisinin mərkəzində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Azərbaycan mədəniyyətini tanıyaq” adlı sərgi açılıb.
Sərginin açılışında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Dünya Muzeylər Birliyinin, Tbilisidəki muzeylərin nümayəndələri, Azərbaycanın, ABŞ-ın və digər ölkələrin səfirliklərinin əməkdaşları iştirak ediblər.
Mayın 20-dək davam edəcək sərgidə Azərbaycan mədəniyyəti və incəsənətinə aid rəsm əsərləri, xalçaçılıq, misgərlik nümunələri, musiqi alətləri, yazılı məcmuələr nümayiş olunur.(AzərTac)
Aktual.az