5-6 fevral tarixlərində Tayvanda baş verən zəlzələ qurbanlarının sayı 117 nəfərə çatıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu gün Taynan şəhərində uçan yaşayış kompleksinin dağıntıları altından Lin Xanfey adlı qadının meyidi çıxarılıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 6,4 bal gücündə zəlzələ Tayvan adasının cənub hissəsində baş verib. Təbii fəlakətdən daha çox Taynan şəhəri zərər çəkib.