Taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarının sayı artırılacaq

Taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarının sayı artırılacaq

Azərbaycanda taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarının sayı artırılacaq.


Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O bildirib ki, kənd təsərrüfatı sahəsində tədbirlər bu il də davam edəcək: "Məqsədimiz ölkəmizi daxili istehsal hesabına bütün növ kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Əsas gücü idxaldan asılılığı azaltmaq məqsədilə yerli məhsulların istehsalına yönəltməliyik".

Nazir müavini əlavə edib ki, aqrotexniki tədbirlərin həyata keçirilməsi, taxılın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür: "Subsidiyaların artırılması isə hələ nəzərdə tutulmur".

Qeyd edək ki, Azərbaycanda taxılçılıqla məşğul olan 19 iri fermer təsərrüfatı yaradılıb.

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR