Meqastar Tarkanın Harbiyedəki konsertini izləməyə gələn həyat yoldaşıPınar Dilek konsertdən əvvəl mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ulduzun xanımı ilk dəfə kamera qarşısında Tarkanla sevgili olduğu vaxtları və evlilik həyatından bəhs edib.
“Hər kəs kimi mən də həyəcanlıyam. Bir azdan onu səhnədə görəcəyəm üçün çox sevinirəm.
Onun mənə etdiyi evlilik təklifi sürpriz olmadı. Uzun müddətdir davam etdirdiyimiz əlaqəmiz evliliklə nəticələndi. 5 illik sevgi münasibətlərimiz var.
Tarkan evdə digər insanlar kimidir. Çox təvazökardır”, - deyə P.Dilek bildirib.
Burnunda estetik əməliyyat etdirməsi ilə bağlı suallara cavab verən Dilek “Nəfəs ala bilmirdim. Bununla bağlı əməliyyat keçirdim, eyni zamanda, estetik müdaxilə də olundu” deyib.