Türkiyənin meqastarı Tarkan əlillər üçün məktəb tikdirmək qərarına gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq lahiyə tamamlanıb, çertyoj hazırdır. Məktəbin 2018-ci ildə açılması nəzərdə tutulur.
Qeyd edək ki, Tarkan bu layihə üçün 5 milyon türk lirəsi (2574679.75 manat) ayırıb.