"Forbes" jurnalı tarixin ən yüksək ödənişli idmançılarını açıqlayıb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, ilk pilləni basketbolun canlı əfsanəsi Maykl Cordan tutub. O, peşəkar karyerası ərzində 1.7 milyard dollar qazanıb. İkinci yeri qolf ustaları Tayqer Vuds və Arnold Palmer tutub. Reytinqdə boksçu Floyd Meyvezer və futbolçu Devid Bekhem də olub.
Qeyd edək ki, 2016-cı ildə ən çox gəliri olan idmançı Kriştianu Ronaldo olub. O, geridə qalan ildə 88 milyon dollar qazanıb.
Xəbər 813 dəfə oxunub.