Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən olan Salar Ağapur dünyanın ən yaxşı gənc futzalçısı seçilib.
Aktual.az xəbər verir ki, bu barədə dünyanın ən etibarlı futzal mediası olan "Futsal Planet" saytı məlumat yayıb.
Tarixdə ilk dəfədir ki, Azərbaycan türkü buna nail olur.
Qeyd edək ki, cari mövsümdə Salar Ağapurun çıxış etdiyi İspaniyanın "Palma” komandası Avropa Çempionlar Liqasının qalibi olub.
Xəbər 312 dəfə oxunub.