ABŞ Trans Adratik qaz boru kəmərinin (TAP) inşasına başlanılmasını alqışlayır.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu brifinq zamanı ABŞ dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“Daha əvvəl də bəyan etdiyimiz kimi biz, enerji təhlükəsizliyini gücləndirəcək və regionda sabitlik, əmin-amanlığa imkan verəcək enerji resurslarının Avropa qitəsinə tədarükünün şaxələndirilməsi ideyasına sadiqik”, - deyə Kirbi vurğulayıb.
Kirbi əlavə edib ki, ABŞ Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya iqtisadiyyatlarını möhkəmləndirəcək bu layihənin reallaşdırılmasını izləməyi davam etdirəcək.