Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Ümid Məmmədovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ilə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il avqustun 14-də Nəsimi rayonu ərazisində, Moskva prospektində üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə 20-25 yaşlı kişi meyiti tapılıb. Araşdırma aparan Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları öldürülən şəxsin
Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib.
Məlum olub ki, hadisə günü Vidadi Məmmədovla tanışı Ümid Məmmədov arasında şəxsi münasibətləri ayıdnlaşdırılması zəmnində münaqişə baş verib və nəticədə qarşılıqlı söyüşlərdən sonra onlar bir-birinə bıçaqla xəsarətlər yetiriblər. Yaralanan Ümid Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib. Sağalandan sonra təqsirləndirilən şəxs istintaq təcridxanasına köçürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Məmmədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən dövlət ittihamçısı protest, zərərçəkən tərəf isə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb, protest və şikayət təmin olunmayıb.
Xəbər 500 dəfə oxunub.