Tanışını bıçaqlayan şəxs 8 il azadlıqdan məhrum edildi

Tanışını bıçaqlayan şəxs 8 il azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1992-ci il təvəllüdlü Maarif Dəmirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.


Aktual.az Report-a istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Dəmirov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayında Nəsimi rayonunda baş verib. M.Dəmirov münaqişə zəminində tanışı, 1992-ci il təvəllüdlü Etibar Mehdiyevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. M.Dəmirov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR