Tanınmışlar oruc tutur? - "Mədəmdə problem var"

Tanınmışlar oruc tutur? -

İyunun 6-dan müqəddəs Ramazan ayı başlayıb. 30 gün ərzində gücü çatan hər kəs bacardığı qədər oruc tutur.

Bəs görəsən, tanınmışlar oruc tutur?

Aktual.az xəbər verir ki, axşam.az müğənnilər arasında sorğu apararaq, onların oruc tutub-tutmamasının öyrənib:

Lətifə Soyuöz:

“Hər il oruc tutmuşam. Bu il hələ ki, başlamamışam. Çünki işlərlə bağlı rejimim pozulub. Evə çox gec saatlarda gəlirəm, səhər oyana bilmirəm. İnşallah yaxın günlərdə başlayacam”.

Manaf Ağayev:

“Mədəmdə problem olduğu üçün tuta bilmirəm. Hər gün dərman atıram. Amma həmişə iftar süfrəsi açıram”.

Samirə Əliyeva:

“Hələ tuta bilməmişəm, bir-iki günə başlayacam. Hər il bacardığım qədər tuturam. Ramazan ən sevdiyim aydır, çünki iftar süfrələri açılır, kimsəsizlərə əl tutulur. İnsan qəlbən o qədər rahat olur ki... Elə bilirəm il boyu qazandığım pulun halallığını almış oluram”.

Rəqsanə İsmayılova:

“Hər il oruc tuturdum. Bu il çox ağır pəhriz saxlayıram. 17 kiloqrama qədər çəki atmışam. Ona görə tuta bilmirəm. Onsuzda yemək yeyə bilmirəm. Məşqlərim də çoxdur, iki müəllim yanına gedirəm”.

Aysel Əlizadə heç vaxt oruc tutmadığını deyib.

Xuraman Şuşalı:

“İlk gün tuta bilmədim. Artıq bu gündən tutmağa başladım”.

Toma Hüseynəliyeva:

“Artıq 3 gündür oruc tuturam. Bunu deməyi sevmirəm, çünki orucu özümüz üçün tuturuq. Allah hamının dualarını və orucunu qəbul etsin”.

Nərgiz Vahabqızı da oruc tutduğunu bildirib.

// Aktual.az

Xəbər 3312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR