“Mənim Ermənistana məsləhətim budur: müharibəni dayandırın və gedin. İşğal olunmuş ərazilərdən, sadəcə olaraq, gedin və insanların həyatını qoruyun”.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri özünün “Facebook” səhifəsində tanınmış rusiyalı siyasətçi Konstantin Borovoy yazıb.
K. Borovoy Ermənistan ordusunun komanda məntəqəsinin darmadağın edilməsi barədə videonu paylaşıb. “Komanda məntəqəsi ilə birlikdə yüksək rütbəli erməni zabitləri də həlak olub. Azərbaycanın “Donetsk Xalq Respublikası”, belə görünür ki, öz itkiləri haqda Donbasdakı yoldaşları kimi yalan danışır”, - deyə o, əlavə edib.
Qeyd edək ki, K. Borovoy 1995-2000-ci illərdə Rusiya Dövlət Dumasının üzvü olub. O, “Qərb Seçimi” Partiyasının lideridir.