Tanınmış telerepartyor və redaktor Vüqar Əliyevin yeni iş yeri bəlli olub.
O, televiziya fəaliyyətini "ARB24"-də davam etdirəcək.
Aktual.az xəbər verir ki, bu barədə 7news.az-a Vüqar Əliyev özü açıqlama verib. Bildirib ki, işlə bağlı ona kifayət qədər təklif gəlib, lakin o, ARB24-ü seçib. Səbəbini bu cür izah edib: "Burada işçilər üçün yaradılan şərait və iş prinsipi mənim ruhuma uyğundur. Hər 30 dəqiqədən bir xəbər buraxılışı təqdim etmək çətin həmçinin məsuliyyətli bir işdir. Şadam ki, mən də ARB ailəsinin bir üzü olaraq xəbər kanalında çalışacam və onun uğurları üçün əlimdən gələni edəcəm". Qeyd edək ki, Vüqar Əliyev 1999-cu ildən mətbuatda fəaliyyət göstərir. 2001-ci ilə qədər 525-ci qəzet çalışıb. Həmin tarixdən etibarən ATV, ANS kanallarında repartyor və redaktor vəzifəsində çalışıb. Sonuncu dəfə SPACE TV-də bölgələr üzrə redaktor vəzifəsində işləyib. Noyabr ayından etibarən "ARB24" kanalının uğurları üçün çalışacaq.
Xəbər 470 dəfə oxunub.