Azad Azərbaycan televizisyasının ( ATV ) icraçı prodüserinə yeni vəzifə verilib.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ATV-nin xəbərlər xidmətinin icraçı prodüseri Əli Vəliyev Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri təyin olunub.
Ə.Vəliyev yayılan xəbəri təsdiq edərək AKİ-nin mətbuat xidmətinin rəhbəri təyin olunduğunu söyləyib.
Qeyd edək ki Əli Vəliyev ATV kanalında “Səni axtarıram”, “Bakı-2015” Avropa oyunları layihələrinin baş prodüseri, xəbərlər xidmətinin icraçı produseri kimi fəaliyyət göstərib.