Tanınmış holdinqdən 65 min oğurlandı - Bakıda

Tanınmış holdinqdən 65 min oğurlandı -   Bakıda

Bakıda tanınmış holdinqdən külli məbləğdə pul oğurlanıb.

Aktual.az xəbər verir ki, bu barədə Report-a Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən məlumat verilib.

Belə ki, “Qaraçay Holdinq”in Xətai rayonunda yerləşən ofisindən içərisində 65 min dollar olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Qaraçay Holdinq”in fəaliyyət dairəsinə kənd təsərrüfatı, inşaat və kənd təsərrüfatı texnikasının satışı, atçılıq idmanı və digər sahələr daxildir.

10-a yaxın şirkətdən ibarət “Qaraçay Holdinq” Azərbaycanın 18 nazırliyi və bir çox hökümət orqanları ilə əməkdaşlıq edir.

Holdinqin tərkibinə “Garachay Construction” (tikinti, layihələndirmə, dizayn və s.), “Original motors” (inşaat və kənd təsərrüfatı texnikasının satışı), “Turyancay Fermer” (postsovet məkanda ən iri fermalardan biri kimi tanınan maldarlıq ferması - burada 3000-dən çox mal-qara mövcuddur, burada həmçinin 10 hektar sahə meyvə, giləmeyvə, tərəvəz və s. bitkilərin yetişdirilməsi üçün istixananın yaradılması, süd istehsalı nəzərdə tutulub), “Beyaz” (özəl sifarışlərin icra olunması ilə məşğul olan tikinti şirkəti), “Arzu” atçılıq klubu (müxtəlif cinsli, sayı 50-yə yaxın atın bəsləndiyi atçılıq klubu), “Garachay Asfalt” (öz yolbasanları və asfaltadüzənləri olan asfalt zavodu), “Garachay beton” (beton pompaları, özüboşaldanları və s. olan müxtəlif markalarda betonun istehsalı üçün 4 beton zavodu) daxildir.

Holdinqə daxil olan “Garachay Construction” Azərbaycan ərazisində ən iri inşaat şirkətlərindən biridir. Şirkət fəaliyyətə 2000-ci ildən başlayıb. 2000-ci ilin əvvəlindən indiyə qədər şirkət mürəkkəbliyi müxtəlif olan 500-dən çox layihəni yerinə yetirib. Şirkət tək Azərbaycanda yox, Qazaxıstan, Türkiyə, Mərakeş və s. kimi ölkələrdə fəaliyyət göstərir.

Şirkət “Sərhədçi” İdman Olimpiya Kompleksi, ədliyyə və muzey binalarını, Gəncə və Bərdədə Müalicə və Diaqnostika Mərkəzlərini inşa edib, hazırda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidmətinin, Sərhəd Xidmətininin yeni hospitalını və s. inzibati binaları tikir.

Xəbər 731 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR