Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Marko Russa xərçəng diaqnozu qoyulub.
Aktual.az report-a istinadən bildirir ki, xəstəlik "Ayntraxt"ın Almaniya Futbol İttifaqının Antidopinq Komissiyasına dopinq şübhəsi ilə bağlı müraciətindən sonra aşkarlanıb.
31 yaşlı müdafiəçinin qanında hormon tərkibinin artımı müşahidə olunub. Sonradan məlum olub ki, bunun səbəbi idmançının orqanizminin ağır xəstəlikdən müdafiəsidir.
Faciəvi diaqnoza rəğmən, Russ bu axşam "Nürnberq"lə Bundesliqada qalmaq uğrunda oyunda çıxış etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, "Ayntraxt"ın qapıçılarından biri Azərbaycan milli komandasının üzvü Emil Balayevdir.