İspaniya millisinin sabiq futbolçusu Xoakin Sançes peşəkar karyerasını başa vurur.
Aktual.az-ın məlumatına görə, hazırda ölkəsinin "Betis" klubunda çıxış edən 42 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.
O, cari mövsümün sonunda futbolla vidalaşacağını elan edib.
Qeyd edək ki, 52 dəfə İspaniya yığmasının formasını geyinən Xoakin Sançes "Valensiya", "Malaqa" və İtaliya "Fiorentina"sında da çıxış edib.
Xəbər 284 dəfə oxunub.