Teleaparıcı 150 manatla bir ay Azərbaycanda yaşamağın mümkünlüyünü sınaqdan keçirəcək
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, britaniyalı tanınmış yazar və teleaparıcı Bir Qrils Bakıya təşrif buyurub. O, növbəti eksperimenti ölkəmizin paytaxtında həyata keçirəcək.
35 yaşlı teleaparıcı bu dəfə 150 manatla bir ay Azərbaycanda yaşamağın mümkünlüyünü sınaqdan keçirəcək.
Qeyd edək ki, Bir Qrils daha çox 2006-2011-ci illərdə aparıcısı olduğu "Sağ qalmaq" realiti-şousu ilə tanınıb. Veriliş dünyanın müxtəlif nöqtələrində insanın ekstermal şəraitdə, ağır həyat şərtləri altında təbiətdə sağ qalmaq uğrunda mübarizəsini əks etdirir.