Tanınmış boksçu türk barında güllələndi

Tanınmış boksçu türk barında güllələndi
  • İDMAN

Almaniyanın Essen şəhərindəki türk barında atışma zamanı dörd güllə yarası alan tanınmış boksçu Manuel Çarr xəstəxanaya yerləşdirilib. 

Aktual.az modern.az-a istinadən bildirir ki, insident sentyabrın 2-də gecə baş verib.

Suriya əsilli 30 yaşlı boksçu bardakı müştərilərdən biri ilə mübahisə edib, nəticədə atışma başlayıb. Təsdiqlənməmiş məlumata görə, boksçu qarın nahiyəsindən dörd güllə yarası alıb. Yerli KİV-dəki məlumatlara görə, Çarranı yaralan şəxs hadisə yerindən qaça bilib. 

Hazırda xəstəxanada olan Çarra əməliyyat edilib. Həkimlər idmançının vəziyyətinin stabil olduğunu bildirirlər.

Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR