Tanınmış azərbaycanlı rejissor vəfat etdi

Tanınmış azərbaycanlı rejissor vəfat etdi

Tanınmış aktyor və rejissor Arif Qasımov dünyasını dəyişib

Bu barədə Ölkə.Az-a onun qızı Nigar Qasımova məlumat verib. N.Qasımovanın sözlərinə görə, atasının halı qəflətən pisləşib və komaya düşüb. Həkimlərin cəhdinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Arif Qasımov 1950-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə orta məktəbi bitirmişdir.3 il sonra,1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olmuşdur. Fəxrəddin Manafovla bir yerdə təhsil almışdır. Ondan sonra Moskvada Ali Rejissorluq Kursunda təhsilini davam etdirmişdir.Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilmişdir.Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləmişdir. İndiyə kimi 38 filmə çəkilmişdir. "Dağlı çörəyi" adlı film və silsilə verilişlərdə rejissorluq etmişdir.

Arif Qasımov istedadlı aktyor və rejissor idi.O,digərlərindən qısa boyu (150 sm) ilə fərqlənsə də,özünü sənətkar kimi sübut etmişdir. Onun maraqlı görünüşü,gülməşəkər əhvalatları,gözəl yumoru ilə hər kəsin sevgisini qazanmışdır.

Uzun illər ürək-damar xəstəliklərindən əziyyət çəkən Arif Qasımov öd kisəsindən əməliyyat olunmuşdur. 7 mart 2016-cı ildə sənətkarın vəziyyəti qəfildən pisləşmiş və komaya düşmüşdür. Həkimlərin səyinə baxmayaraq istededlı aktyor,dünyasını dəyişmişdir.

Xəbər 808 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR