Tanınmış aparıcı borc içində boğulur...

Tanınmış aparıcı borc içində boğulur...

Mart ayında əməliyyat olunan xalq artisti, məşhur diktor Sabir Ələsgərlinin səhhətində hələ də irəliləyiş yoxdur.

Aktual.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında diktor özü deyib:

"İki dəfə əməliyyat olunmuşam, hələ üçüncüsü də olmalıdır. Amma sağalmıram. Böyrəyimdə yığılan çirk təmizlənmir, xüsusi qurğu ilə gəzirəm. Əlac yoxdur, günaşırı xəstəxanaya aparıb-gətirirlər, müalicələr də pul tələb edir. İndiyə qədər 15 min manat xərcimiz çıxıb. Borcun içində üzürəm. Bir az özümdə vardı, qohum-əqrəbadan da borc aldıq. Daha borc almağa adamımız da yoxdur. Səhiyyə Nazirliyinə müraciət etməyə də utanıram".

Qeyd edək ki, Tibb Universitetinin Cərrahiyə Klinikasında əməliyyat olunan diktor elə həmin xəstəxanada müalicə olunur.

Aktual.az

Xəbər 15105 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR