Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.
Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.